Qəzzada 18 gün ərzində keçirilən hərbi əməliyyatlarda ən az 192 uşaq həlak olub.
Oxu.Az xəbər verir ki, APA-nın BMT-nin Məlumat Mərkəzində istinadən verdiyi məlumata görə, bu rəqəmi UNİSEF açıqlayıb.
UNİSEF Qəzzadakı münaqişə tərəflərini zorakılığı dərhal dayandırmağa çağırıb, məktəblərin toxunulmaz olduğunu bir daha onların diqqətinə çatdırıb.