Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Uorren Baffet 5,3 milyard dollarlıq səhmlərini xeyriyyə təşkilatlarına bağışladı
Dünyanın ən zəngin adamlarından sayılan amerikalı milyarder Uorren Baffet 5,3 milyard dollar dəyərində "Berkshire Hathaway" şirkətinin səhmlərini beş xeyriyyə təşkilatına bağışlayıb.
Məlumata görə, bu, Baffetin ən böyük illik ianəsi olub.
Ümumilikdə 9,93 milyon səhm Bill və Melinda Qeyts Fonduna, qalanı isə investorun mərhum birinci həyat yoldaşının adını daşıyan Syuzan Tompson Baffet Fonduna və onun uşaqları Hovard, Syuzan və Piter Baffetin rəhbərlik etdiyi üç xeyriyyə təşkilatına bağışlanıb.
Qeyd edək ki, "Bloomberg"in Milyarderlər İndeksinə görə, 93 yaşlı investor 135 milyard dollarlıq sərvətlə dünyanın onuncu ən varlı adamıdır.
Mənbə: RBC
Rəylər