Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Urmiyada təcridxanada məhbus müəmmalı şəkildə ölüb
İranda Urmiya Polis İdarəsinin təcridxanasında Kamran Kazemi adlı şəxs müəmmalı şəkildə ölüb.
Bu barədə "Azad İran" "Telegram" kanalı İranda İnsan Haqları Təşkilatına (HENGAW) istinadla xəbər verir.
Məlumata görə, təhlükəsizlik orqanları onun ölümünün səbəbinin intihar olduğunu bildirsə də, bir sıra məhbuslar bu iddianı rədd edərək, Kamranın işgəncə altında öldürüldüyünü vurğulayıblar.
Qeyd olunub ki, sözügedən şəxs yanvar ayında oğurluq ittihamı ilə saxlanılıb.
"İran" teqi üzrə xəbərlər
- Bəndər-Abbas limanında partlayışın səbəbi açıqlandı - İran hökumətindən rəsmi açıqlama
- İranda Şəhid Rəcai limanında partlayış nəticəsində ölənlərin sayı artdı
- Azərbaycan XİN İrana başsağlığı verib
- İranda limanda partlayışlar davam edir: Ölən və yaralananların sayı artdı
- ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatdı
Ən çox oxunanlar