Uşaqlarının tennis kortundan çıxarılmasından qəzəblənən qadın meydançaya gedib və oradakı idmançını bıçaqlayıb.
360 TV-nin məlumatına görə, hadisə Rusiyanın paytaxtında baş verib.
Bildirilib ki, tennis kortuna oynamağa gedən bir qrup yeniyetmə orada it gəzdirən doqquz yaşlı oğlan və qızdan idman meydançalarını tərk etmələrini istəyiblər. Bundan sonra uşaqların anası ora gəlib və gənclərlə münaqişəyə başlayıb.
Qadın uşaqlardan üzr istənilməsini tələb edib və toru bıçaqla kəsməyə çalışıb, bu zaman ona mane olmağa çalışan gənci isə çiynindən yaralayıb.
Yeniyetmələr polis və təcili yardım çağırmaq məcburiyyətində qalıblar. Zərərçəkənin yarası dərin olduğundan tikiş atılıb.