Məlum olub ki, Rusiyanın Omsk şəhərində kişi öz uşaqlarını girov götürüb.
Oxu.Az lifenews-a istinadən xəbər verir ki, hadisə yerinə gələn fövqəladə xidmətin əməkdaşları 34 yaşlı kişi ilə söhbətdən sonra onu təslim olamağa razı salıblar.
Söhbət zamanı məlum olub ki, hadisə ailə münaqişəsi zəmnində baş verib.
“Vətəndaş polisə heç bir müqavimət göstərməyib və bir neçə dəqiqəlik söhbətdən sonra təslim olub. Onu polis bölməsində sorğu-sual ediblər, hər-hansı qeyri-adekvat davranış əlamətləri aşkar olunmayıb. Vətəndaşı ailəsinin yanına buraxıblar”, - polis nümayəndəsi bildirib.
15:47
Omsk sakini beş uşağı girov götürüb və çoxmərtəbəli evin mənzilini partladacağı ilə hədə-qorxu gəlib, LifeNews məlumat yayıb.
Oxu.Az xəbər verir ki, hadisə yerinə polis və FHN əməkdaşları gəlib.
Xəsarət alanlar haqqında hal-hazırda məlumat yoxdur.