Ümumdünya Səhiyyə Təşkilatı Syerra-Leonedə Ebola epidemiyası başa çatdığı barədə məlumat yayıb.
Oxu.Az xəbər verir ki, məlumata əsasən, son 42 gün ərzində ölümcül virusa yoluxma halları qeydə alınmayıb. Bu müddət xəstəliyin maksimal inkubasiya dövründən iki dəfə artıqdır.
Xatırladaq ki, sentyabrın 3-də Ümumdünya Səhiyyə Təşkilatı Liberiyada xəstəliyə son qoyulduğunu bəyan etmişdi.