Türkiyənin Bursa şəhərində uzanaraq yüksək sürətlə motosiklet idarə edən sürücü internet istifadəçilərini həyəcanlandırıb.
“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, uzanmış vəziyyətdə saatda 120 kilometr sürətlə motosikleti idarə edən sürücünü avtomobildə olan sərnişinlərdən biri çəkərək sosial şəbəkələrdə ictimailəşdirib.
İzləyicilərin əksəriyyəti həyatını təhlükəyə atan motosiklet sürücüsünə iradlarını bildirib.