“LUKOİL” neft şirkətinin rəhbəri Vahid Ələkbərov, Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi qaldırıldıqdan sonra “Rosneft”in “Başneft” şirkətinin səhmlər paketinə sahib olmasına dair sazişin nəticələrinə yenidən baxılma riski görmür.
Oxu.Az xəbər verir ki, Ələkbərov İnterfaks-ın suallarına cavab verərkən bildirib.
“Xeyr. Mən bu gün bu iki məsələni əlaqələndirmirəm”, - V.Ələkbərov deyib.
“LUKOİL” rəhbəri həmçinin qeyd edib ki, Ulyukayevin saxlanılmasına dair məlumat onun üçün yenilik olub. “Mən hələ baş verən hadisələrə bir məna verə bilməmişəm”, - o əlavə edib.
N.O.
www.oxu.az