Polşanın Dövlət Yanğın Xidməti Varvaşa aeroportuna yaxın ərazidə yük terminalında kimyəvi maddənin sızması nəticəsində 14 nəfərin xəstəxanaya çatdırılması ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, zərərçəkənlər ürəkbulanma və başgicəlmədən şikayətləniblər.
“On dörd nəfər kimyəvi maddənin sızmasından zəhərlənərək xəstəxanaya yerləşdirilib”, - deyə qurumun bəyanatında bildirilir.