Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Belorus səfirliyi və Azərbaycanın hərbi attaşesi rəsmi tədbir təşkil edib.
Oxu.Az Belorus mətbuatına istinadla xəbər verir ki, tədbirdə Belorus Müdafiə Nazirliyinin yüksəkçinli nümayəndələri, deputatlar, Azərbaycan diasporunun nümayəndələri, diplomatlar iştirak ediblər.
Azərbaycanın Belorusdakı səfiri Lətif Qəndilov, Belorusun müdafiə nazirinin müavini, general-mayor Andrey Burdıko, Azərbaycanın Belorusdakı hərbi attaşesi Elşən Rəhimov çıxış ediblər.
Tədbirdə həmçinin Bakıda keçirilən hərbi paraddan kadrlar da nümayiş olunub.