Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ən qısa zamanda nizamlanması üçün Ermənistan hökumətini danışıqlar masasına qayıtmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu haqda “İnterfaks-Azərbaycan” məlumat yayıb.
“Münaqişənin dinc yolla nizamlanmasını istəyirik, ancaq biz torpaqlarımızın işğal altında qalması ilə barışan deyilik.
Düşmən bilməlidir ki, onun elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan ordusu onu məhv edə bilməsin”, - deyə İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı hərbi paradda çıxışında bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün ən qısa zamanda bərpası Azərbaycan ordusunun marağındadır.
“Ermənistan bizimlə rəqabət apara bilməz və bilməyəcək də. Tarixi ədalət bizim tərəfimizdədir. Bizim böyük hərbi və iqtisadi qüdrətimiz var və bununla bağlı Azərbaycan və Ermənistan arasındakı fərq böyüməyə davam edəcək.
Prezident vurğulayıb ki, Azərbaycan işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyi günü yaxınlaşdırır.