Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Diabet xəstələrini xilas edəcək həb yaradıldı
Kaliforniya və Bostondan olan amerikalı tibb mütəxəssisləri insulin həbləri yaradıb.
Oxu.Az xəbər verir ki, elmi nailiyyətin nəticələri PNAS jurnalında dərc olunub.
Bu həblər mədədən keçərkən həzm proseslərinə qarşı davamlı olur və lazımı miqdarda hormonu diabetdən əziyyət çəkən xəstənin orqanizminə çatdırır.
“Sadəcə insulini götürüb udsaq, onun molekulları qan dövranına daxil olana qədər çoxsaylı maneələrlə üzləşəcək. Biz insulinin bu səyahəti zamanı rastlaşa biləcəyi bütün təhdidlərdən qorunması üçün bir növ “İsveçrə bıçağı” yaratmışıq”, - deyə tədqiqat qrupunun üzvlərindən olan Samir Mitraqotri bildirib.
Yeni insulin həblərinin yaxın illərdə apteklərdə satışa çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə dünyada 340 milyona yaxın insan diabetdən əziyyət çəkir. Qanda şəkər miqdarını stabilləşdirmək üçün onların böyük əksəriyyətinə günə 2-6 insulin iynəsi vurulur.
F.M.
www.oxu.az
Rəylər