Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vaşinqton Livana görə İsrailə xəbərdarlıq edib
ABŞ "Hizbullah"a qarşı keçirilən əməliyyatlar zamanı Livanın hökumət infrastrukturunun məhv edilməməsinə qarşı olduğunu və bu tələbin İsrail qarşısında qaldırıldığını bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrailin 12-ci kanalı məlumat verib.
Vaşinqton, həmçinin bölgədə genişmiqyaslı müharibəyə səbəb olacaq hadisələrin Birləşmiş Ştatlar üçün "qırmızı xətt" olduğunu Təl-Əvivin nəzərinə çatdırıb.
Xatırladaq ki, iki gün əvvəl İsrailin Livanın cənubuna endirdiyi raket zərbələri nəticəsində 558 nəfər həyatını itirib, hökumət infrastrukturuna ciddi zərər dəyib.
"İsrail" teqi üzrə xəbərlər
Ən çox oxunanlar