ABŞ parlamenti binasının yaxınlığında — Vaşinqtondakı Kapitolidə atışma olub.
Oxu.Az-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, hazırda ərazi polis tərəfindən əhatəyə alınıb, Konqresin binası bağlanıb.
İlkin məlumatlara əsasən, atəşi açan şəxs saxlanılıb.
Hadisədə bir polis əməkdaşının yaralandığı bildirilir.