İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ rəsmiləri ilə görüş keçirmək üçün hazırda heç bir planın olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, o, Qətərin "Al Jazeera" telekanalına müsahibəsində bu barədə yayılan məlumatların media spekulyasiyalarından ibarət olduğunu deyib.
"Hazırda ABŞ rəsmiləri ilə görüşmək planımız yoxdur. Bu barədə yayılan məlumatlar sadəcə media spekulyasiyalarıdır", - deyə Əraqçı bildirib.
"Şərtlərimiz aydındır və vasitəçilər bu məsələlərlə bağlı məsləhətləşmələri davam etdirirlər".
İranlı nazir ABŞ tərəfinin dialoq və qarşılıqlı anlaşma imkanlarını genişləndirmək cəhdini müsbət addım kimi qiymətləndirib.
Əraqçi bu fikirləri Tehranın ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin məktubunu nəzərdən keçirməsi ilə bağlı suala cavab verərkən səsləndirib.