Son on ildə Vatikan pedofiliyada ittiham edilən 3420 kahinin işinə baxıb, onlardan 884 nəfər rütbəsindən məhrum edilib.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu məlumatı İşgəncələrə qarşı komitənin 52-ci sessiyasında Vatikanın milli məruzəsi zamanı ekspertlərin suallarına cavab verərkən Cenevrədəki BMT və digər beynəlxalq təşkilatların Avropa şöbəsi nəzdində fəaliyyət göstərən Müqəddəs Taxtın daimi müşahidəçisi Arxiyepiskop Silvano Tomazi deyib.
Belə rəqəmlərin səsləndirilməsinə baxmayaraq Tomazi təkrar edib ki, hüquqi nöqteyi-nəzərdən Roma-katolik kilsəsi digər ölkələrdə baş verən cinayətlər üçün məsuliyyət daşıya bilməz.
Onun sözlərinə görə, Müqəddəs taxtın hüquqi imkanları digər ölkələrə şamil edilə bilməz, orada törədilən cinayətlər milli qanunvericilik üzrə nəzərdən keçirilərək cəzalandırılmalıdır.
Vatikanda hazırkı vəziyyətə baxış bu ilin yanvar ayında Müqəddəs taxtın məruzəsinin uşaq hüquqları üzrə Komitə tərəfindən baxılmasından sonra ikinci hadisə oldu. Bir ay bundan öncə də Komitə üzvlərini hər şeydən çox narahat edən mövzu uşaqlara qarşı seksual təcavüz hadisələri idi.