Bir neçə gün öncə misirli vəhhabi müfti Tələt Zəhran israilliləri məzlum adlandırdıqdan sonra, indi də bu təriqətin digər müftisi əsl mahiyyətlərini daha da aydınlaşdırıb.
Oxu.Az FaktXeber.com-a istinadən xəbər verir ki, Suriyada uşaqların öldürülməsi fətvasını verən şeyx Ədnan Əl-Ər-ur televizorda çıxış edərək İsrailin raketlə vurulmasını xəyanət adlandırıb.
O, öz ziddiyyət dolu çıxışında deyib:
“İsrailin bu hücumu həyata keçirməsinin müxtəlif səbəbləri var. Hələ ki, fələstinlilərin bu hücuma başlaması sübut olunmayıb. Əgər bu sübuta yetirilmiş olarsa bu, xəyanət dərəcəsində olan bir işdir”.