Kütləvi etirazların baş aldığı Venesuelada gecə saatlarında nisbi asayiş bərpa olunub. Bir neçə saat əvvəl prezident Nikolas Maduro xalqına müraciət ünvanlayıb.
Oxu.Az xəbər verir ki, Maduro legitim dövlət başçısı olaraq, prezidentlik müddəti başa çatana kimi hakimiyyətdə qalacağını bəyan edib.
O, ABŞ ərazisində bütün diplomatik nümayəndəlikləri bağladığını bir daha vurğulayıb.
Nikolas Maduro baş verənləri təxribat adlandırıb və bunun arxasında şəxsən Donald Trampın simasında ABŞ-ın dayandığını bildirib.
“Düşünürəm ki, Donald Tramp öz de-fakto qeyri-konstitusiya hökumətini işə salmağa və Venesuelada xalq və demokratiyaya qarşı dövlət çevrilişi həyata keçirməyə çalışır. Buna heç bir şübhəm yoxdur. Tramp özünü Latın Amerikasının və Karib dənizi hövzəsinin bossu hesab edir”, - deyə Nikolas Maduro bildirib.
Rəylər