Venesuelanın La-Quayra şəhərində xilasedicilər zəlzələ nəticəsində uçan binanın dağıntıları altından üç uşağı çıxarıblar.
Oxu.Az-ın Life.ru-ya istinadən xəbərinə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
İlkin məlumatlara görə, yeraltı təkanlar yaşayış binasının qismən çökməsinə səbəb olub. Uşaqlar beton və dəmir konstruksiyaların altında bloklanmış vəziyyətdə qalıblar, lakin hadisə yerinə gələn xilasedicilər dağıntıları tez bir zamanda təmizləyib və onları sağ çıxarıblar. Xilas edilən uşaqların vəziyyəti müəyyən edilir.
Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Məlumata görə, ən azı 32 nəfər həlak olub, 700 nəfər yaralanıb və onlarla bina dağılıb.