Venesuelada baş verən zəlzələlər nəticəsində həlak olanların sayı 1 719 nəfərə çatıb.
Oxu.Az CNN telekanalına istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 5 034 nəfər xəsarət alıb. Rodriges əlavə edib ki, mütəxəssislər ziyan dəymiş 855 binaya baxış keçiriblər, onlardan 189-u tamamilə dağılıb.
Bundan başqa, iki zəlzələdən sonra 609 afterşok qeydə alınıb. Ən çox zərər çəkən La-Quaira ştatında elektrik təchizatının təxminən 90%-i bərpa olunub.
Venesuelada qeydə alınan iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı artaraq 1 450 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Associated Press" agentliyi məlumat yayıb.
Hazırda on minlərlə insanın itkin düşdüyü bildirilir.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges sağ qalanların axtarışlarının bundan sonra da davam etdiriləcəyini bəyan edib.
Hökumətin məlumatına əsasən, xüsusi təlim görmüş axtarış itləri və ağır texnika ilə təchiz olunmuş, dünyanın müxtəlif ölkələrindən 2 600-dən çox xilasedici ölkəyə gəlib.
Xatırladaq ki, Venesuelada güclü zəlzələlər iyunun 24-də axşam saatlarında baş verib. Təqribən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr aralıda yerləşib. Əsas təkanlardan sonra 214 afterşok müşahidə edilib.