Videoda axşam saatlarında insanların çox olduğu küçədə bir neçə nəfər kişinin qızın arxasınca qaçdığı görünür. Qız qışqırır, qaçmağa cəhd göstərir və əlləri və ayaqları ilə vuraraq müqavimət göstərməyə çalışır.
Oxu.Az xəbər verir ki, qaçırılan qıza yeganə kömək etmək istəyən onun rəfiqəsi olub, lakin onun cəhdi uğursuz olub.
Xalçaya bükülən qızı maşına mindirib qaçırırlar.
Sosial şəbəkədə Şimali Osetiya sakinləri tərəfindən ənənə halını almış qız qaçırma təşkilatçılarının cinayət məsuliyyətinə cəld edilməsini tələb edən elektron ərizə forması yaradılıb.
“Biz, osetin xalqı, bunu vəhşilik və hörmətsizlik hesab edirik. Bizim qadınları küçənin ortasında tutub qoyun kimi maşınlara mindirirlər. Bunların hamısı şəbəkəyə yüklənir, bunu onların anaları, bacıları, dostları görür! Biz istəyirik ki, bizim qızlara köhnə və xoş adətlərə uyğun olaraq elçi gəlsinlər, qıza və onun ailəsinə hörmət etsinlər, qadınlara əşya kimi yanaşmasınlar”, - deyə ərizənin mətnində qeyd olunub.
Qız qaçırılması “Qafqaz əsiri” filmində yumorla təsvir edilən bir adətdir. Adətə görə, qız qaçırtma gözəl ənənənin bir hissəsidir, lakin bəzən qızları, həqiqətən, onların istəyinə uyğun olmadan qaçırırlar.