RLDP lideri Vladimir Jirinovski 14 fevral - Müqəddəs Valentin günü Dövlət Dumasının iclasında öpüşmək dərsi verib.
Oxu.Az Rusiya KİV-ə istinadən bildirir ki, siyasətçi Vladimir Jirinovski necə öpüşmək lazım olduğunu göstərib.
“Ağızdan öpmək olmaz – yalnız alından” – deyə Jirinovski iddia edib. Öpüş üçün o, görüşdə iştirak edən, adı çəkilməyən jurnalist qızın alnına “valentinka” açıqcası yapışdırıb.
Həmçinin o öpüş yerini spirt və ya odekolon ilə dezinfeksiya etməyi tapşırıb. “Niyə sevdiyin adamın yalnız alnından öpmək lazımdır?” – sualına isə siyasətçi:
“Çünki ölülərin alnından öpürlər, məhəbbət isə ölümdür” - deyə cavab verib.
Qeyd edək ki, Jirinovskinin kabinetinin qapısında artıq çoxdandır ki: “Heç bir hədiyyə, qucaqlaşma, öpüşmə və əlsıxma lazım deyil” yazılan tablo asılıb.