Qartəmizləyən maşının sürücüsü bəyan edib ki, “Total”ın rəhbərinin olduğu təyyarənin uçuş zolağına necə çıxdığını görməyib, Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir.
“İstiqaməti itirəndən sonra uçuş sahəsinə çıxdığımı görməmişəm... Təyyarə uçuşa qalxırdı, mən onu praktiki olaraq görmürdüm və eşitmirdim, çünki texnika işləyir - fənər, ümumiyyətlə heç nə yoxdur... Zərbə oldu”, - dindirilmə zamanı o, müstəntiqlərə deyib.
Xatırladaq ki, dünyanın iri neft konsernlərindən biri “Total”-ın prezidenti Kristof de Marjeri “Vnukovo” aeroportunda ikinci gün gecə təyyarə qəzasında həlak olub. Marjeri ilə bərabər daha üç nəfər ekipaj üzvü vəfat edib.
Rusiya Federasiyasının İstintaq Komitəsi hesab edir ki, baş verən hadisənin səbəbləri arasında prioritet olan versiyadan biri dispetçerin səhvi və qartəmizləyənin hərəkətidir; eləcə də hava şəraiti amili və pilot səhvi də araşdırılır.
Müstəntiqlərin məlumatına görə, iki sutkalıq saxlanılan qartəmizləyən maşının sürücüsü sərxoş olub, onun vəkili isə bunu təkzib edir.