Qadınların dikdaban ayaqqabılarda gözəl gəzməyin sirlərinin öyrədildiyi Vyananın Top in Heels akademiyasında, kişilər üçün də analoji kurslar açılıb, The Local məlumat yayıb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, yerli sakinlərin buna marağı “Eurovision” yarışmasından sonra yaranıb.
Kurslar Men In Heels adını alıb. Kurslar oktyabrın 30-dan başlayacaq və axşamlar keçiriləcək. 1,5 saat sürəcək dərslərin qiyməti 45 avrodur.
Təşkilatçılar ehtimal edir ki, dikdaban ayaqqabıda gəzmək bəşəriyyətin güclü cinsi arasında trendə çevrilə bilər. Kursları rəqqasə Mari-Kristin Şçerzer və dreq-kvin (bu termin səhnədə qadın obrazı yaradan kişi aktyorlar üçün işlədilir) Helmut Fiksl aparır.
“Eurovision” mahnı müsabiqəsinin qalibi 2014-cü ildə avstriyalı müğənni Tom Noyvirt olub, o daha çox Konçita Vürst adı ilə məşhurdur. Səhnədə o qadın paltarında və saqqal ilə çıxış etmişdi.