Daxili İşlər Nazirliyi Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfərin içməli sudan zəhərlənməsi barədə məlumat yayıb.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, hadisə oktyabrın 22-də baş verib.
Sudan 4-ü qadın, 5-i kişi, 19-u azyaşlı olmaqla, ümumilikdə 28 nəfər zəhərlənib.
“Onlar 5 saylı Yolxucu xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb”, - deyə, nazirlikdən bildiriblər.
Hazırda fakt üzrə araşdırma aparılır.