Vyetnamın şimalında baş verən daşqın və torpaq sürüşməsi nəticəsində azı 10 nəfər həyatını itirib.
Bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələri ilə Mübarizə üzrə Milli Əlaqələndirmə Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, uzun müddət davam edən leysan yağışları nəticəsində meydana gələn güclü daşqınlar və torpaq sürüşmələri yüzlərlə evi yararsız hala salıb, magistral yollar sıradan çıxıb.
Vyetnamın Milli Hidrometeoroloji Proqnozlar Mərkəzindən bildirilib ki, şimal bölgəsində leysan xarakterli yağışlar yaxın iki gün ərzində də davam edəcək, təkrar daşqın və sürüşmə riski yüksək olaraq qalır.
View this post on InstagramMənbə: TASS
"Vyetnam" teqi üzrə xəbərlər
- Vyetnamda qorxulu anlar: Hərəkətdə olan motosikletçi qadını ildırım vurdu - FOTO/VİDEO
- 2026-cı il "Dünya gözəli" müsabiqəsinin qalibi bəlli oldu - FOTO
- Cənubi Çin dənizində 62 nəfərin olduğu gəmi batdı: Onlarla şəxsdən hələ də xəbər yoxdur - VİDEO
- Vyetnamda avtobusda yeddi nəfər diri-diri yandı - FOTO - VİDEO
- Vyetnamda daşqın və torpaq sürüşməsi: Ölənlər və itkin düşənlər var
Digər xəbərlər