Vyetnam hökuməti ölkədə dağıntılar törədən və hələ də davam edən "Kaciki" qasırğasının fəsadları haqqında məlumat dərc edib.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, ölkə hökumətinin saytında dərc edilmiş məlumata görə, qasırğa yeddi nəfərin ölümünə səbəb olub.
Bunda başqa, qasırğa 12 mindən çox evi dağıdıb və ya zədələyib, ölkənin paytaxtı Hanoyun əksər hissəsini su basıb.
Daşqın nəticəsində 81.5 min hektardan çox düyü plantasiyası və 4.5 min hektar digər kənd təsərrüfatı bitkiləri məhv olub, 1.6 milyon insan elektriksiz qalıb.
"Kaciki" qasırğasının hələ də səngimədiyi və fəsadlarının davam edəcəyi bildirilir.