Vyetnamda Van Fuonq adlı kişi tarixi sərgiyə gəldikdən sonra köynəyini çıxararaq, ölkənin ən qiymətli artefaktlarından biri olan qızıl kral taxtını sındırıb.
Oxu.Az "VnExpress" qəzetinə istinadən xəbər verir ki, 42 yaşlı şəxs anlaqsız vəziyyətdə olduğundan ifadə verə bilməyib.
O, imperator taxtında ayaqlarını yuxarı qaldıraraq oturub, söyüş söyüb və əl ilə eksponatı sındırıb.
Fuonq sonra köynəyini çıxarıb və əlində taxtın parçasını tutaraq mühafizəçi ilə mübahisə etməyə başlayıb.
Kişi saxlanıldıqdan sonra suallara cavab verə bilməyib. Onun psixoloji problemlərinin olduğu güman edilir.