Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Vyetnamın sabiq prezidenti vəfat etdi
Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Nquyen Fu Çonq 81 yaşında vəfat edib.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bir gün əvvəl o, "Qızıl Ulduz" ordeni ilə təltif olunub.
Nquyen Fu Çonq partiyaya 1968-ci ildə qoşulub. 1994-cü ildə 50 yaşında Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1997-ci ildə isə Siyasi Büro üzvü olub. 2000-2006-cı illərdə paytaxt Hanoyun, sonra Vyetnam Milli Assambleyasının partiya komitəsinə rəhbərlik edib.
2011-ci ildə Nquyen Fu Çonq Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi olub, eyni zamanda Hərbi Partiya Komissiyasına rəhbərlik edib. O, həmçinin 2018-2021-ci illərdə Vyetnamın prezidenti olub.
"Vyetnam" teqi üzrə xəbərlər
- Çin Filippin yaxınlığında ada ələ keçirdi
- Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibinin xanımı ilə görüşüb
- Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub
- Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib