ANS PRESS-in xəbərinə görə, "Facebook"un bir neçə gün əvvəl 19 milyard dollara satın aldığı mesajlaşma tətbiqi "WhatsApp" çöküb.
Belə ki, uzun bir müddətdir istifadəçilər "WhatsApp"a girə bilmirlər. İstifadəçilərin bir-birilə ünsiyyət qura bilməməsi onlarda narahatçılıq və narazılıq doğurub.
"WhatsApp"-ın serverlərində aparılan iş səbəbiylə bütün dünyada proqrama girişin bağlı olduğu bildirilib və problemin nə vaxt aradan qaldırılacağı ilə bağlı dəqiq bir məlumat yoxdur.
Oxu.Az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin