Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko həbsxana xəstəxanasından çıxaraq, Kiyevdəki Maydana gedib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, onu meydanda on minlərlə tərəfdaşı qarşılayıb.
Əl arabsında oturan keçmiş məhbus siyasətçi etirazçıları qəhrəman adlandıraraq, bütün olanları görmək istdəyini bildirib.
“Planlaşdırdıqlarınız nə qədər ki gerçəkləşməyib, meydanı tərk etməyə haqqınız yoxdur. “İşinizi artıq başa çatdırmısınız evlərinizə gedin” - deyənlərə əsla inanmayın. Hökumət və parlament sizsiz formalaşdırılarsa, bu yolverilməz və mənəviyyatsızlıq olar”.
O,deyib ki, tezliklə ukraynalılar yeni siyasətçiləri görəcək:
“Mən Yanukoviçin xalq məhkəməsi qarşısında dayanması mövqeyindən çıxış edəcəyəm”.
Keçmiş hökumət başçısı mitinqə toplaşanların tələbələrinin yerinə yetirilməsinin təminatçısı olduğunu söyləyərək, Maydandakı çıxışını başa çatdırıb.