Florin və Edin məhəbbət hekayəsi 60 il bundan öncə ilk dəfə şənlikdəki görüşdən sonra başlayıb.
Oxu.az The Daily Mail istinadən bildirir ki, cavan mühəndis Ed, Florinin valideyinlərindən onunla evlənməyə icazə vermələrini xahiş edəndə onlar öncə etiraz ediblər: çünki gənc xanım birinci ərini itirdiyi, 3 ay əvvəl keçirdiyi avtomobil qəzasından sonra özünə gəlməyə çalışırdı. Amma Ed artıq Florinlə olmağı qərara almışdı və bunun üçün də etirazı qəbul etmədi.
Cütlük Bataviyada, Nyu-Yorkda 12 may 1953-cü ildə ailə qurdu. Heylların iki övladı – Rene və Riki dünyaya gəldi. Üçüncü övladları körpə yaşlarında dünyasını dəyişib.
Cütlüyün müştərək həyatı çox xoşbəxt olub, Ed həmişə Florin üçün dayaq olub, ona qarşı zərif, diqqətli və qayğıkeş davranıb. Doğmaları və qohumları Florinə onsuz yaşaya bilərsənmi sualı verdikdə o həmişə ciddi şəkildə onu məndən öncə getməyə qoymaram deyə cavab verirmiş.
Bir neçə il bundan qabaq cənab Heylə böyrək çatışmazlığı diaqnozu qoyulur və o daim dializ prosedurları keçməli olur. Bundan başqa kəskin ürək çatışmazlığından da əziyyət çəkir.
Hər ikisini xəstəxanaya yatıranda Florinin ömrünün sonuna az qaldığı müəyyən edilir, cənab Heyl onu təcili olaraq həyat yoldaşının yanına aparmalarını tələb edir.
Bataviya hospitalına olan uzun yola cəsarətlə dözür. Hər iki xəstəxana yaşlı cütlüyün ölümü bərabər qarşılama istəyini yerinə yetirmələri üçün əllərindən gələni edir.
Xəstəxanada onlar üçün ayrı palata hazırlanır, məhz bu otaqda onlar son saatlarını bərabər keçirdilər. Əl-ələ tutaraq Florin gözünü yumdu, Ed çox gözləmədən bir gün sonra, onun ardınca daimi yola yolcu oldu.
“O, xanıma birinci getməyə icazə verrək əsl centlmenlik nümayiş etdi”- deyə qızları Rene bildirdi.
“Yəqin ki, onlardan birinin sağ qalmasını görmək, dəhşətli bir şey olardı” – bu sözləri Heylin qohumları Liza deyib – “Məncə baş verən hər ikisi üçün ən gözəl olan idi”.
Cütlük fevralın 14-ü, Müqəddəs Valentin günü dəfn ediliblər. Dəfndə iştirak edən ailə üzvləri, bu cütlüyün məhəbbətini ölümün belə hökm keçirə bilmdiyi əsl məhəbbət adlandırıblar.
Aliyə İsmayılzadə
www.oxu.az