Şənbə günü fevralın 22-də saat Sərhədçi Olimpiya İdman Mərkəzində keçiriləcək K-1 Dünya Qran-Prisinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə K-1-in Azərbaycandakı rəsmi nümayəndəsi Best of the Best promoutionun prezidenti, Avropa çempionu Elnur Məmmədov, K-1 Global holdinqin direktoru Ned Kuruç, K-1 brendinin sahibi Mayk Kim, K-1-in məşhur döyüşçüsü, “Qızıl oğlan” ləqəbli Badr Hari, K-1 Dünya Qran-Prisinin ikiqat qalibi, tailand boksu üzrə dünya çempionu, K-1-in parlaq ulduzu Buakav Bançamek və Melvin Manfuh iştirak ediblər.
Tədbirdə iştirak edən, K-1 brendinin sahibi Mayk Kim Azərbaycanda bu cür yarışın keçirilməsinə görə məmnunluğunu bildirib:
“Mötəbər yarışın Bakıda keçirilməsi təsadüfi deyil. Ölkəniz bir sıra mötəbər yarışlara ev sahibliyi edib. K-1 Dünya Qran-Pri”sinin də yüksək səviyyədə keçiriləcəyinə əminik”.
Daha sonra tədbirdə çıxış edən K-1 Global holdinqin direktoru Ned Kuruç bu idman növünü haqqında danışıb:
“Azərbaycan çox adam kikboksinqnən K1-i qarışdırır, bunlar fərqli-fərqli idman növüdür, sadəcə olaraq K-1-də kikboksinqə məxsus bəzi elementləri müşahidə etmək olar. Çox vaxt hesab edirlər ki, K-1 kikboksinq federasiyasına aiddir, lakin bütün dünyada olduğu kimi Azərbaycanda da K-1 və kikboksinq federasiyası ayrı-ayrı mustəqil bir qurumdur. Azərbaycanda K-1 üzrə rəsmi nümayəndəmiz Elnur Məmmədovdur, və bu ölkədə K-1 üzrə hər hansı tədbir keçirmək hüququ sırf olaraq ona məxsusdur”.
Konfransda sonunda çıxış edən K-1-in Azərbaycan rəsmi nümayəndəsi, Best of the Best promoutionun prezidenti, Avropa çempionu Elnur Məmmədov qeyd edib ki, Bakıdakı yarış 80 telekanal vasitəsilə dünyanın 155 ölkəsində göstəriləcək:
“Azərbaycanda idmanın bütün növləri inkişaf edir. Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin qayğısı nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Dövlət başçısının idmana olan dəstəyi nəticəsində belə mötəbər yarışların ölkəmizdə təşkili adət halını alıb. İstərdim ki, K-1 rəhbərliyi adından dövlət başçımıza idmana və idmançılara olan diqqətə görə təşəkkürümü bildirirəm. Bakıda keçriləcək K-1 üzrə dünya Qran-Prisinin bizə dəstək olan və yarışı Bakıda keçrilməsi üçün bizə və idmançılarımıza yardım edən GARANT Holding-ə və onun rəhbəri Anar Məmmədova da minnətdarlığımızı bildiririk”.
Sabah keçiriləcək K-1 yarışı dünya standartlarına cavab verəcək. Bakıdakı yarış dünyanın 155 ölkəsində nümayiş olunacaq. Bizim üçün sevindirici məqamdır ki, Badr Hari, Buakav Bençamek kimi idmançılar Azərbaycana gəlib. Azarkeşlər K-1 ulduzlarının əsl döyüşünü izləyəcək. Azərbaycan idmançıları bu yarışa uzun müddətdir hazırlaşır. Onların K-1 yarışlarından tanınması üçün bu, gözəl şans olacaq”, -deyə Elnur Məmmədov bildirib.
Mətbuat konfransı başa çatdıqdan sonra sabahkı döyüşlərdə iştirak edən idmançıların çəkilmə mərasimi keçirilib.
Oxu.Az sabah K-1 üzrə döyüşlərdən iştirak edən idmançıları sizə təqdim edir:
63 kq, Amil Şahmarzadə (AZE) - Zakaria Zouharry (MAR)
83 kq, Ruslan Kobzev (AZE ) - Dennis İPPEMA (NED)
72 kq, Babək Rustəmov (AZE) - Miodrag Olar (ROU)
71 kq, Alim Nəbiyev (UKR) - Çad Sugden (GBR)
70 kq, Ziya Bayramov (AZE)- Omar Al Amrani (MAR)
70 kq, İsmət Ağazadə (AZE) - Cedric Manhoef (SUR)
85 kq, Samet Kesser (TUR) - Lazar Daniel (ROU)
72,5 kq, Tural Bayramov (AZE) – Marco Groh (GER)
95 kq Moises Bautu (İSP) – Fabian Gondorf (NED)
100kq+, Ağalar Sadıxzadə (AZE) - Corc Kolin (SUR)
Qeyd edək ki, gecənin əsas döyüşlərində məşhur Buakav Bançamek iştirak edəcək. Tailand idmançısının rəqibi Sung Hyung Le (Koreya) olacaq. Digər yarımfinal görüşündə Kanadalı Shane Campbell Almaniya idmançısı Enriko Kehlə qarşı yarışacaq.
Elvin Əhmədov
Foto : Nüsrət Abdullayev
www.oxu.az