Senzorlar İran İslam Respublikasında fevral ayında Facebook tərəfindən 19 milyard dollara satın alınmış, məşhur WhatsApp messencerinin istifadəsini qadağan edib. Səbəb isə Facebook-un Amerika sionisti Mark Zükerberq tərəfindən yaradılmasıdır.
Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, qadağa son zamanlar tənzimlənmiş sosial siyasət aparmağa çalışan ölkə rəhbərliyində qızğın mübahisələr doğurub.
“Hakimiyyət WhatsApp-ın qadağan edilməsinə qəti şəkildə qarşıdır”, - kommunikasiya naziri Mahmud Mehr İRMA xəbər agentinə bildirib.
Qadağa haqqında internetdə cinayət materiallarının müəyyən edilməsi üzrə komitənin katibi Abdulsalam Horramabadi bildirib. Onun sözlərinə görə “səbəb WhatsApp-ı Facebook yaradıcısı, Amerika sionisti Mark Zükerberqin almasıdır”.