Türkiyəli müğənni Hadisənin ölkəmizdəki konsert müqabilində alacağı məbləğ bəlli oldu.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı bir saat üçün 300 min lirə (112.500 manat) tələb edib:
“Hadisə 2003-cü ildə vəfat edən Azərbaycan prezidenti Heydər Əliyevin 91-ci ildönümü ilə əlaqədar mayın 7-si Gəncədə səhnəyə çıxacaq. Hadisə 1 saatlıq konsert üçün 300 min lirə alacaq”.
Qeyd edək ki, konsert mayın 7-də Gəncədə baş tutacaq.