Türkiyədə bütün internet sahəsini əlində cəmləyən Türk Telekom şirkəti yeni reallaşdırdığı layihə ilə bütün elektron qurğulara nəzarət imkanı əldə edəcək.
Oxu.Az ANS PRESS-ə istinadla bildirir ki, bu iddiadan sonra Türkiyənin qabaqda gələn informasiya qeyri-hökumət təşkilatları ortaq bir məlumat nəşr edib.
Məlumatda “Sistem bütün bu xidmətləri izləyə biləcək, istədiyi kimi manipulyasiya edə biləcək və maneə törədə biləcək qabiliyyətə sahib olacaq”, - deyə bildirilib.
Yeni sistem vasitəsi ilə Türk Telekom Whatsapp və Skype kimi proqramlardakı yazışmaları, internet səhifələrini analiz edəcək, yavaşladacaq və lazım olarsa blok edəcək.
İnformasiya qeyri-hökumət təşkilatları iddia edir ki, şirkət Türkiyə Konstitusiyasının qanunlarını kobud şəkildə pozur. Məlumatda bildirilir ki, bu hal qanunsuzdur və yolverilməzdir.