Rusiyanın İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə İstintaq İdarəsinin məlumatına əsasən, Çernoqorsk sakini oğlunu narkotik maddə istifadə etməyə razı salmaqda günahkar bilinir.
Bu barədə Gazeta.ru xəbər yayıb.
İstintaqa görə, 31 yaşlı qadın 13 yaşındakı oğlunu narkotik maddə istifadə etməyə razı salıb və nəticədə, oğlanın orqanizmdə ilkin mərhələdə narkotik vasitədən asılılıq yaranıb.
Məhkəmə qadını ümumi rejimli koloniyada doqquz il həbs cəzasına məhkum edib.