Tehranı düşmənin hücumlarına on qat cavab verəcək.
Oxu.Az İran KİV-nə istinadən xəbər verir ki, bu bəyanatı İranın ali dini lideri Ayətullah Əli Xamenei səsləndirib.
“Biz düşmənin hər bir raketinə on raketlə cavab verəcəyik”, -deyə Xamenei bildirib.
Ayətullah İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehranda çıxış edib. O, İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyətlərin qürur gətirdiyini bildirib, müxtəlif növ raketlərin istehsalını və raket ümumilikdə raket potensialını ölkənin təhlükəsizliyinin qarantı adlandırıb.
F.M.
www.oxu.az