İranın Ali dini lideri Əli Xamenei Ukraynaya məxsus “Boeing-737” təyyarəsinin qəzasının nəticələrinin müəyyənləşdirilməsi haqda göstəriş verib.
Xəbəri İranın İRNA rəsmi dövlət agentliyi yayıb.
“Ali dini rəhbərə hava hücumundan müdafiə sistemlərinin faciəvi xətası haqda məlumat verilən kimi o, Ali Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağıraraq əmin edib ki, hadisənin səbəbləri və istintaqın nəticələri dəqiq və şəffaf araşdırılacaq”, - yayılan məlumatda yazılıb.