Sovet və Rusiya estradasının artisti, teatr və kino aktyoru, teleaparıcı, ictimai xadim, Moskva estrada teatrının rəhbəri Gennadi Xazanov 70 illik yubileyini qeyd edib.
Oxu.Az xəbər verir ki, incəsənət, siyasət və biznes-elitanın 200-ə yaxın nümayəndəsi əfsanəvi tədbirlər zalı “Safis”də Gennadi Xazanovun yubileyini qeyd etməyə toplaşıb.
Prezident Vladimir Putinin səhər şəxsən təbrik etdiyi yubilyar ilə bayram sevincini bölüşməyə Rusiya mədəniyyət və mediasının məşhur simaları gəlib.
Qeyd edək ki, ad günü tortunun kəsilməsi mərasimində Azərbaycan musiqisi səslənib.
Xatırladaq ki, “Safis” restoranı Azərbaycan əsilli milyarder Telman İsmayılova məxsusdur.