Bu gün xəstəxanaya yerləşdirilən Serbiya Prezidenti Aleksandar Vuçiç səhhəti ilə əlaqədar ictimaiyyətə qısa müraciət ünvanlayıb.
53 yaşlı siyasətçi özünü yaxşı hiss etdiyini və iş qrafikində dəyişiklik etməyəcəyini bildirib.
10:42
Serbiya Prezidenti Aleksandar Vuçiç təcili olaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Serbiya liderinin xəstəxanaya yerləşdirilmə səbəbi açıqlanmır, rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, 2019-cu ildə A.Vuçiç ürək-damar xəstəliyi ilə əlaqədar xəstəxanada müalicə alıb.
Məlumat üçün əlavə edək ki, 53 yaşlı Aleksandar Vuçiç 2017-ci ilin mayında Serbiyanın prezidenti olub. Bundan əvvəl o, ölkənin baş naziri vəzifəsində çalışıb.
Mənbə: B92