Xəyanət edən sevgilisindən “qisas” alan qadın, həmin anları kameraya çəkib.
Lenta.ru xəbər verir ki, qadının bacısı sözügedən videonu “Twitter” hesabında paylaşıb.
Qadının bacısının yazdıqlarına əsasən, cütlüyün münasibəti bir il davam edib və hətta bacısı sevgilisini öz uşaqları ilə də tanış edib. Qadının “qisas”ı isə qeyri-adi olub.
Belə ki, qadın keçmiş sevgilisinin diş fırçası ilə unitazı təmizləyib, şəxsi əşyalarını və geyimlərini korlayıb. Görüntülər sosial şəbəkədə 5.3 milyon baxış sayı toplayıb. 129 min nəfər videonu bəyənib.
Sözügedən video sosial şəbəkə istifadəçiləri arasında qızğın müzakirələrə səbəb olub.