Qazaxıstan KİV-də və sosial şəbəkələrdə Xəzər dənizində neft yatağında partlayışın baş verməsi ilə bağlı məlumatlar yayılıb.
Hadisənin görüntüsünü Oxu.Az-a göndəriblər.
Bundan başqa redaksiyamıza guya partlayışla əlaqədar sosial şəbəkələrdə yayılan səsyazıları daxil olub.
Həmin səsyazılarında iddia olunur ki, Xəzər dənizində neft yatağında partlayış baş verib.
İnAktau nəşrinin məlumatına görə, Aktau bölgəsinin fövqəladə hallar xidmətinin rəhbərliyi yayılan informasiyanın həqiqətə uyğun olmadığını və Xəzər dənizində heç bir insidentin qeydə alınmadığını açıqlayıb.
“NCOC” neft şirkəti də yayılan audioyazıların dezinformasiya olduğunu bildirib.