“İslam Dövləti”nin (İŞİD) Əbu Əli əl-Ənbarinin rəhbərlik etdiyi Təhlükəsizlik və Kəşfiyyat Şurasının İŞİD sıralarında döyüşən çeçen əsilli yaraqlılardan narazılığı getdikcə artır.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın “Intelligence online” bülleteni “Mefiance sur les combatants tchetechenes” məqaləsində deyilir.
İŞİD-in kəşfiyyatına qoşulan, bir vaxtlar Səddam Hüseynin xüsusi xidmət orqanlarını “köstəbək” axtarmaqda mahir olan sabiq zabitləri onların qruplarında Çeçen Respublikasından gəlmiş, Moskvanın maliyyələşdirdiyi agentlərin olmasından əmindirlər.