Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xorvatiyanın yeni prezidenti məlum oldu
Xorvatiyanın hazırkı Prezidenti Zoran Milanoviç seçkinin ikinci turunda növbəti dəfə ölkəsinin prezidenti seçildiyini elan edib.
Oxu.Az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Xorvatiyanın HRT televiziyasında nümayiş etdirilən "exit-poll" nəticələrinə görə isə Z. Milanoviç 77,86 faiz, keçmiş elm, təhsil və idman naziri Draqan Primorats isə 22.14 faiz səs toplayıb.
Xorvatiyada bazar günü prezident seçkisinin ikinci turu keçirilir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ölkə sakinləri daha beş il müddətinə öz dövlət başçısını seçəcəklər.
Xorvatiya Milli Seçki Komissiyasının məlumatına görə, bu seçkidə 3 milyon 769 min 598 seçici səs vermək hüququna malikdir, onlardan 251 min 170 nəfəri xaricdə səs verə biləcək. Səs vermək istəyənlər üçün 6755 seçki məntəqəsi açıq olacaq, onlardan 105-i 38 ölkədə olacaq.
Dövlət başçısı vəzifəsinə namizədlər hazırkı Prezident Zoran Milanoviç və keçmiş elm, təhsil və idman naziri Draqan Primoratsdır.
"Xorvatiya" teqi üzrə xəbərlər
- Aleksandar Vuçiç: "USAID Serbiya prezidentinin devrilməsini maliyyələşdirib"
- Xorvatiyada prezident seçkisinin nəticəsi açıqlandı
- Xorvatiyanın baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb
- Xorvatiyada yeniyetmə məktəbdə dəhşət yaşatdı: Ölən və yaralananlar var
- Növbəti Avropa ölkəsi öz səmasını qorumaq üçün Türkiyəyə üz tutdu: "Bayraktar TB2" PUA alacaq