“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan növbəti süjet Kaxovka Su Elektrik Stansiyası (SES) bəndinin partladılması ilə bağlıdır.
İyunun 6-na keçən gecə baş verən hadisə zamanı Novaya Kaxovka (Ukrayna) şəhərini qismən su basmağa başladı. Bu günə qədər Dnepr çayının aşağı axınında bir neçə yaşayış məntəqəsi daşqın təhlükəsi altındadır. Bundan əlavə, ekoloqların fikrincə, daşqın çayın cənub deltasının regional biosistemini qismən (bəzi yerlərdə isə tamamilə) məhv edib. Ukraynanın Aqrar Siyasət Nazirliyi bildirir ki, gələn il ölkənin cənubundakı tarlalar səhraya çevrilə bilər. Fəlakət faktiki olaraq Xersonda suvarma sistemlərinin 94%-ni, Zaporojyedə 74%-ni və Dnepropetrovsk vilayətində 30%-ni su mənbələrindən məhrum edib.
Qəzanın mənfi nəticələri artıq rayonun su faunasına təsir edib, balıqların tələfatı qeydə alınır. Üstəlik, su anbarında suyun səviyyəsinin azalması ilə əlaqədar Kaxovka su anbarının şimal sahilində yerləşən Zaporojye Atom Elektrik Stansiyasının nüvə reaktorlarının həddindən artıq qızma riski yaranıb.
Ukrayna və Rusiya tərəfləri qarşılıqlı olaraq bir-birini təxribatda ittiham edirlər. Lakin ekspertlər hələ də baş verənlərin günahkarı ilə bağlı ümumi rəydə razılaşa bilmirlər.
Daha ətraflı “Caliber”in videomaterialında:
Yanğın, su və ağır metallar - VİDEO
Rəylər