Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Yangwang U9" superkarı mismarların üstündən tullandı: BYD şirkətindən heyranedici görüntülər
BYD (Build Your Dreams) şirkətinin "Yangwang U9" superkarının su ilə dolu çuxurlar və yol mismarları kimi müxtəlif maneələri avtonom (pilotsuz idarəetmə) şəkildə necə dəf etdiyini göstərən videokadrlar yayımlayıb.
Bu barədə Oxu.Az Carnewschina.com nəşrinə istinadən xəbər verir.
Qeyd edək ki, "Yangwang" BYD-nin premium elektrikli markasıdır, "U9" isə onun "U8 SUV" yolsuzluq maşınından sonra ikinci avtomobilidir. "U8" su üzərində üzə bildiyi üçün manşetlərə düşdüyü halda, "U"9 superkarı özünün "Disus X" asması və hidravlik sistemi sayəsində tullanmaq və ya rəqs etməyə imkan verən xüsusiyyəti ilə diqqəti cəlb edib.
BYD marketoloqları indi bunu növbəti səviyyəyə qaldırırlar və "Yangwang U9"un 120 km/saat sürətlə test yolunda sürücü olmadan hərəkətinin videosunu yayımlayıblar. Avtomobilin qarşılaşdığı ilk maneə 2.5 metr uzunluğunda su ilə dolu çuxurdur. Elektrikli avtomobil yaxınlaşdıqca asma sistem sayəsində çuxurun üzərindən tullanaraq keçir. BYD-nin məlumatına görə, tullanma məsafəsi 6 metrdən çoxdur.
Növbəti maneə təxminən 3.5 santimetr yüksəklikdə olan yol mismarları ilə dolu ərazidir. Əvvəlki halda olduğu kimi, "Disus X"in asma sistemi "U9"a onun üzərindən tullanmaq imkanı verir.
Bildirək ki, "Yangwang U9" 2024-cü ilin fevral ayında Çində satışa çıxarılıb. Kütləvi istehsal və çatdırılmalar isə altı ay sonra, avqustda başlayıb.
O, ümumi gücü 960 kVt (1287 at qüvvəsi) və maksimum fırlanma anı 1680 Nm təşkil edən dörd elektrik mühərriki ilə təchiz olunub. Avtomobil 0-dan 100 km/saata 2.36 saniyəyə sürətlənir və 400 metri 9.78 saniyəyə qət edə bilir.
U9-un ölçüləri 4966/2029/1295 mm (uzunluq/eni/hündürlük), təkər bazası isə 2900 mm təşkil edir. Onun boş halda çəkisi 2475 kq-dır ki, bu da superkar üçün kifayət qədər yüksək göstəricidir.
"Avto-moto" teqi üzrə xəbərlər
- 25 il ərzində etibarlılığını itirməyən avtomobillər: İlk 10-luqda hansılardır?
- Avtomobillərə qaz balonu quraşdırarkən nələrə diqqət etmək lazımdır?
- Avtosəyahət həvəskarları üçün böyüyən qoşqu təqdim edildi
- "Lynk & Co" yeni flaqman krossoverini təqdim etdi
- Bir partlayışın əks-sədası: "Chevrolet Cobalt"lara qaz balonlarını Azərbaycan şirkəti quraşdırır?
Rəylər