Kazanda yanmış “Admiral” ticarət mərkəzinin baş icarədarı, “Zarya” firmasının rəhbəri Hüseyn Qəhrəmanov iki ay müddətinə həbs edilib.
Oxu.Az xəbər verir ki, barədə Rusiya İstintaq İdarəsinin Tatarstan üzrə İdarəsinin mətbuat xidmətindən bildiriblər.
“Məhkəmə Qəhrəmanovu mayın 11-dək həbs edib”, - deyə, mətbuat xidmətindən bildiriblər.
Bundan əvvəl məlum olmuşdu ki, Qəhrəmanov yanğın haqqında işin araşdırılması çərçivəsində həbs edilib.
Həmçinin bildirilir ki, Rusiya CM-in “Ehtiyatsızlıqdan əmlakın məhv edilməsi yaxud zədələnməsi” maddəsi üzrə cinayət işi qaldırılıb.