Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yapon restoranının çinli müştərilərə qadağası qalmaqala səbəb oldu
Yaponiyada restoran çinli müştərilərin kobudluqlarına görə müəssisəyə girişini qadağan etməklə qalmaqala səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat verib.
Qeyd olunur ki, Osaka şəhərindəki qril restoranının qapısında Çindən gələn müştərilərə xidmət etməyəcəyinə dair bildiriş sosial mediada geniş müzakirə obyektinə çevrilib. Yazıda bu qərara səbəb kimi bir çox çinli ziyarətçinin kobud davranması göstərilib.
KİV-in məlumatına görə, bu, yapon müəssisələri tərəfindən ilk ayrı-seçkilik halı deyil. 2023-cü ildə "Çin virusunun" yayılmasının qarşısını almaq zərurəti ilə çinli bloqqerin Tokio restoranına girişi qadağan edilib. Digər oxşar hadisə 2024-cü ilin iyulunda, Tokiodakı başqa bir kafe Çin və Cənubi Koreya vətəndaşlarının müəssisəyə gəlməsinə qadağa qoyulduğunu elan etdikdən sonra qeydə alınıb.
Yaponiya qanunlarına əsasən, müəssisələr dil bilməməyə görə müştərilərin restorana girişini məhdudlaşdıra bilər, lakin ölkə konstitusiyası ilə milli və ya irqi ayrı-seçkilik qadağandır.
"Yaponiya" teqi üzrə xəbərlər
- Yaponiyada su elektrik stansiyasının ərazisində tuneldə partlayış olub
- Tokioda ata oğlunun necə sevimli olduğunu göstərməkdən ötrü 700 min dollar xərcləyib
- Yaponiyadakı ABŞ hərbi bazasında partlayış baş verib
- Yaponiya ordusu min kilometrdən çox məsafədə hədəfləri vura bilən raket nümayiş etdirib
- Yaponiyada düyü qıtlığı mağazalarda uzun növbələr yaratdı