Yaponiya hökuməti mayın 19-da ölkə parlamentinə imperator Akixitoya taxtdan uzaqlaşaraq hakimiyyəti xələfinə təhvil vermək imkanını yaradan xüsusi qanunu təqdim edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Yaponiyanın “Kiodo” informasiya agentliyi etibarlı mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, yapon hökuməti ümid edir ki, qanun layihəsi iyunun 18-də bitəcək hazırkı parlament sessiyasının sonuna qədər qəbul ediləcək.
Qanun yalnız indiki 83 yaşlı imperator Akixitoya aid olacaq. O, keçən il taxtdan uzaqlaşmaq arzusunu bildirmişdi, baxmayaraq ki, Yaponiya qanunvericiliyində belə imkan nəzərdə tutulmur. İmperatorun yerini taxtda vəliəhd şahzadə Naruxitonun tutacağı ehtimal edilir.
N.О.
www.oxu.az